Azərbaycan Milli Kulinariya Mərkəzində müzakirələr aparılıb
19.10.2016

Oktyabrın 18-də Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) tərəfindən Milli Kulinariya Mərkəzində məhərrəm ayında bişirilən yeməklər haqqında müzakirələr aparılıb.

Tədbirdə qurumun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Bu ayın fəzilətlərindən söhbət açan T.Əmiraslanov bildirib ki, qədim ənənələrin əsasında bişirilən “Hədik” yeməyi ilkin tarixi keçmişimizdən xəbər verir. “Hədik” mərasim və mövsümi səciyyəli milli yemək növüdür.

O, yeməyin bişirilmə qaydalarından geniş söz açıb.

azertag.az