Turizm və Menecment Universitetində “Qida məhsullarının təhlükəsizliyi” mövzusunda təlim-seminar keçirilir
19.10.2016

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Qida məhsullarının təhlükəsizliyi” mövzusunda təlim-seminar keçirilir.

ATMU-dan bildiriblər ki, universitetin mehmanxana və restoran biznesi kafedrasının təşkilatçılığı ilə keçirilən seminarı Yunanıstanın Aralıq dənizi Aqrar Universitetinin müəllimi Corc Angelakes aparır. Üç gün davam edəcək tədbirin ilk günündə yunanıstanlı mütəxəssis fəaliyyət göstərdiyi universitetin vəzifələri, hədəfləri barədə məlumat verib. Qidanın turizmdəki əhəmiyyətli roluna toxunan C.Angelakes qida məhsullarının təhlükəsizliyi baxımından yeni məlumatları bölüşür.

Tədbir oktyabrın 19-da başa çatacaq.

azertag.az