Lüksemburqda gender bərabərliyi siyasəti üzrə nazirlərin III beynəlxalq konfransında iştirak edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Assosiasiyasının sədri Lea Linsterlə görüşüb.
Lea Linster assosiasiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyəti haqqında məlumat verib.
Hicran Hüseynova assosiasiyanın üzvlərini Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlər və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumatlandırıb.
azertag.az