Noyabrın 3-də Azərbaycan Universitetində Xalq Şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş “Çağdaş filologiyanın aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
Universitetdən bildiriblər ki, tədbirin təşkilinin məqsədi Azərbaycan filologiyasının çağdaş vəziyyətini müəyyənləşdirmək, müasir dövrdə dil və ədəbiyyat arasındakı münasibətlərin səciyyəsini aydınlaşdırmaqdır.
Konfransda Azərbaycan ədəbi dilinin müasir vəziyyəti və nəzəri problemləri, müasir Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı kontekstində, ədəbi tənqid və ədəbiyyatşünaslıq problemləri və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
azertag.az