Gürcüstanda notariuslar evlənənlərin nikahını bağlamaq, yaxud boşananların nikahını ləğv etmək hüququ qazanıb. Ölkədə fəaliyyət göstərən 240 notariusa bu vəzifəni icra etməyə icazə verilib.
Qeyd edək ki, indiyədək Gürcüstanda nikah və boşanma məsələlərini yalnız mülki reyestr agentlikləri həyata keçirirdilər.
ANS PRESS