Oktyabrın 17-də Suraxanı rayonu H.Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin H.Sarabski adına Mədəniyyət Evinin “Bizim Evin Qonaqları” layihəsinin qonağı olan millət vəkili Qənirə Paşayeva ilə görüş keçirilib.
Görüşün əvvəlində Qənirə Paşayevaya həsr olunmuş video-çarx nümayiş olunub.
Daha sonra tanınmış aktyor Ramin Əiyevin aparıcılıgı ilə millət vəkili oxucularla geniş söhbət edib. Kitab həvəskarlarının toplandığı tədbirdə Qənirə Paşayeva kitablarının imza mərasimini keçirib. Ziyalıların, kitab həvəskarlarının iştirak etdiyi görüş maraqlı söhbətlər və fikir bölüşmələri ilə yadda qalıb. Kitab sevərlərlə bir arada olmaqdan məmnun olduğunu söyləyən Millət vəkili, bütün insanları Dövlətin Müstəqilliyinin bərpasının 25 illiyi münasibəti ilə təbrik edib, dövlətimizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan və onun daha da inkişafı üçün hər bir vətəndaşın üzərinə düşən vəzifələr barədə geniş söhbət açıb.
Qənirə Paşayeva iştirakçıları maraqlandıran sualları da cavablandırıb.
Görüşün musiqili qonagı əməkdar artsit Elza Seyidcahan Qənirə xanımın sözlərinə həsr olunmuş mahnılar ifa edib.
Bu cür maraqlı tədbir üçün təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva cəmiyyətdə kitaba meyilliliyin artması istiqamətində ziyalıların üzərinə böyük vəzifələr düşdüyünüdə vurğulayıb.
Sonda Mədəniyyət evinin direktoru Tərlan Akçay Millət vəkilini Bizim Evin Qonagı olduguna görə təşəkkürnamə ilə təltif edib.
trend.az