“AtaTravel” payız istirahəti həvəskarları üçün maraqlı xarici və yerli turlar təklif edir. Payız, həqiqətən ilin sehrli çağıdır, təsadüfi deyil ki, bir çox rəssamlar və şairlər öz dahiyanə təsviri sənət və ədəbi əsərlərini məhz ilin bu vaxtında yaradıblar.
Payız peyzajları təbiət gözəlliklərinin rəngarəngliyi və bütün mümkün çalarlarda təkrarsızlığı ilə insanı valeh edir. Xüsusilə də, sakit günlərdə payız çox füsunkardır, bu zaman heç bir şey barədə düşünmədən meşəni gəzmək, payız təbiətinin sehrli gözəlliyindən zövq almaq olur.
Bütün bunları “AtaTravel”in təklifindən yararlanaraq əldə etmək olar. Səhər yeməyi də daxil olmaqla, otellərdə iki nəfərlik bir günlük qalmağın qiyməti 69 AZN-dən başlayır. Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya 050 245 05 09 mobil telefonuna zəng vurun.
“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.
trend.az