Sahibkarlığa Kömək Milli Fonduna kreditlərin qaytarılmasına nəzarəti Palata həyata keçirəcək
19.10.2016

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Bu fərmanla Fond, sahibkarlıq subyektləri tərəfindən əsas borc və faizlərin müvəkkil kredit təşkilatına ödənilməsi müddəti ilə müvəkkil kredit təşkilatları tərəfindən Fonda köçürülməsinin üzləşməsini apara və ya bunun üçün Mərkəzi Banka deyil, maliyyə bazarlarına nəzarət orqanına müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə maliyyə bazarlarına nəzarət orqanına öz səlahiyyətləri daxilində müvəkkil kredit təşkilatında inspeksiya aparan zaman bu məsələni də araşdırır və Fonda məlumat verir.

trend.az