2017-ci ildə İqtisadiyyat Nazirliyinin xətti ilə sahibkarlar ən azı beş beynəlxalq sərgidə iştirak edə biləcəklər.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, gələn il azərbaycanlı biznesmenlər Dubay, Moskva, Habsburq və Düsseldorfdakı sərgilərdə öz məhsullarını nümayiş etdirə biləcəklər.
Bu ilin noyabrında Çinin Quançjou şəhərində şərab istehsalçılarının beynəlxalq sərgisi keçiriləcək və ilk ixracat missiyası çərçivəsində Azərbaycan sahibkarları bu sərgidə iştirak edə biləcəklər.
trend.az