Xalq Artisti “Sevil” operasında Balaş obrazını canlandıracaq
20.10.2016

Noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Sevil” operası növbəti dəfə səhnəyə qoyulacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində ilk dəfə olaraq Balaş obrazını Xalq Artisti Samir Cəfərov ifa edəcək. Onun səhnədə tərəf müqabilləri İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Əkrəm Poladov və başqaları olacaq.

Tamaşanı dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

azertag.az