Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
20.10.2016

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin İstanbul Universitetinin rektoru Mahmut Ak ilə görüşündə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Görüşdə, həmçinin fəaliyyətini dayandıran Fatih Universitetindən 81 azərbaycanlı tələbənin təhsilini İstanbul Universitetində davam etdirməsinə dair məsələ, rektor Mahmut Akın Azərbaycana səfəri çərçivəsində Tibb və Gəncə universitetləri ilə İstanbul Universiteti arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan-Türkiyə hərtərəfli əlaqələrinin, həmçinin təhsil sahəsindəki əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilib.

azertag.az