“Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət Qrupunun növbəti iclası keçiriləcək. Iclas Avropa Yayımları Birliyinin (EBU) qərarı ilə Cenevrədə baş tutacaq. Toplantı oktyabrın 7-8-nə təyin olunub. Görüşdə Azərbaycanı “Eurovision”a hazırlıq üzrə məsul şəxslərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Məşvərət Qrupunun iclasında Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı yeniliklər dinləniləcək və təşkilati məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, “Eurovision-2012” Mahnı Müsabiqəsi ilə bağlı Məşvərət Şurasının ilk iclası avqust ayında Bakıda keçirilib.
Xatırladaq ki, “Eurovision Mahnı Müsabiqəsi-2012”nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcək.