Rəssam Sabir Çopuroğlu rəsm əsərlərini boya ilə deyil, neftlə çəkir.
Türkiyənin “Cihan” İnformasiya Agentliyinə istinadən verilən xəbərə görə, S.Çopuroğlunu həmkarlarından fərqləndirən başqa bir xüsusiyyəti də onun fırça yerinə barmaqlarından istifadə etməsidir.
Bakının Bayıl qəsəbəsində yaşayan S.Çopuroğlu neftlə rəsm çəkməyə başladığını belə xatırlayır:
“Bir dəfə uşaqlardan kimsə şüşə qabda müalicə məqsədi ilə neft gətirmişdi. Həmin nefti ovcuma tökərək divarda rəsm çəkməyə başladım. Nənəm bu hərəkətimə çox əsəbiləşsə də, mənim sənətimdə yeni bir mərhələ başladı”.
S.Çopuroğlu hazırda ən böyük arzusunun rəsm əsərlərinin Avropada sərgilənməsi olduğunun bildirib.
Gün.Az