Azpromo Dubayda nümayəndəlik açır
20.10.2016

"Qərara aldıq ki, noyabrın sonunda Dubayda ticarət nümayəndəliyi təşkil edək". Bunu Bakıda keçirilən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumunda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) sədri Rüfət Məmmədov deyib.
BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi isə deyib ki, Bakı Dubay üçün ticarət baxımından əhəmiyyətli şəhərdir: "Doğrudur, siz ixraca tam hazır deyilsiniz, amma istəyərdim ki, sizinlə ticarət əlaqələrini davam etdirək. Azərbaycan məhsulları təkcə Dubayda deyil, dünyanın bir çox ölkələrində istifadə ediləcək".
R.Məmmədov əlavə edib ki, BƏƏ-dən olan biznesmenlər daha çox Azərbaycanın kənd təsərrüfatı, şirələr və yeyinti məhsullarının istehsalı sahələrinə maraq göstərirlər.
Azpromo sədri qeyd edib ki, ərəb investorları Azərbaycanı regional "hub" kimi görürlər: "BƏƏ ilə əlaqələrin daha da genişlənməsinin tərəfdarıyıq. Artıq BƏƏ-dən ölkəmizə gələn turistlərin sayı artıb".

report.az