Dövlət siqareti tərgitmək istəyənlərə kömək edəcək. Bu məqsədlə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nəzdində xüsusi kabinetlər yaradılacaq.
İlk belə kabinet noyabrın 1-dən fəaliyyətə başlayacaq.
Pilot layihə kimi yaradılan kabinetin nəticələri səmərəli olsa gələcəkdə şəhər və rayon poliknikalarında da belə kabinetlərin yaradılması nəzərdə tutulur. Hazırda kabinetdə çalışacaq mütəxəssislər üçün təlimlər keçirilir.
Noyabrın 1-dən bu məqsədlə qaynar xətt də istifadəyə veriləcək. Tütün istifadəçiləri bu cür kabinetlərin və qaynar xəttin siqareti tərgitməyə kömək olacağına inanır.
saglamolun.az