İranın "Kish Air" aviaşirkəti avqust ayından sonra Təbriz-Bakı-Təbriz marşrutu üzrə uçuşları bərpa edəcək. Bu barədə çərşənbə axşamı aviaşirkətin Azərbaycandakı nümayəndəsi Eldəniz Səfərov bildirib.
Onun sözlərinə görə, qeyd edilən marşrutlar üzrə uçuşlar təyyarələrin sertifikasiyadan keçməsi səbəbindən dayandırılıb.
"Bu prosesin başa çatmasından sonra uçuşlar bərpa ediləcək ki, bu da avqust ayına təsadüf edəcək və reyslər həftədə iki dəfə həyata keçiriləcək", - Səfərov qeyd edib.
Onun sözlərinə görə, aviaşirkət Təbrizə uçuşlar həyata keçirməsə də, Təbrizə aviareyslər "Azərbaycan Hava Yolları" QSC tərəfindən reallaşdırılır.
trend.az