Cari ilin sentyabrında “Bakı” Elektrik Stansiyasında 37,9 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. 2016-cı ilin 9 ayı ərzində isə stansiyada elektrik enerjisi istehsalı 351,8 milyon kilovat-saatdan çox olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib ki, avadanlığın iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cari ilin 9 ayında stansiyanın digər texniki iqtisadi göstəricilərində də qənaətbəxş nəticələr əldə olunub.
Son üç ay ərzində dörd aqreqatda texniki qulluq işləri yerinə yetirilib və hazırda bir aqreqatda təmir işləri davam etdirilir.
Qeyd edək ki, 12 aqreqatdan ibarət, ümumi gücü 104 MVt olan “Bakı” Elektrik Stansiyası 2007-ci ildə istismara verilib.
azertag.az