AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.
O, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan–Belarus qarşılaşmasının FIFA komissarı olacaq.
Oyun noyabrın 13-də Sofiyadakı Vasil Levski adına Milli Stadionda oynanılacaq.
azertag.az