Gəncədə şəhər mərkəzləşdirilmiş kitabxana sisteminin təşkilatçılığı ilə “Mütaliə həftəsi” keçirilir.
Mədəniyyət və Tiurizm Nazirliyindən verilən məlumata əsasən, mərkəzi kitabxananın qarşısında təşkil olunan “Mütaliə həftəsi”nin ilk günündə iştirakçılara 200 ədəddən çox kitab təqdim olunub.
Bu kitablar arasında ümummilli lider Heydər Əliyevə həsr olunan “Əbədi müstəqilliyimizin memarı”, “Azərbaycan təbiəti dünya incisi-gəlin onu qaruyaq”, “Dilimiz qüdrətimizdir”, “Milli Qəhrəmanlar fəxrimizdir”, “Azərbaycan poeziyasının korifeyi-Nizami Gəncəvi-870”, “Nağıllar dünyasına səyahət” və s. başlıqlar altında təqdim olunan stendlər sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Kitaba olan marağı artırmaq, oxucuları qiraətə həvəsləndirmək məqsədi ilə sərgi iştirakçılarına hər bir kitab haqqında ətraflı məlumat verilməklə yanaşı, bəzi nəşrlərin elektron versiyası da təklif olunur.
Həftənin sonunadək davam edəcək tədbirdə şəhər mərkəzləşdirilmiş kitabxana sistemində olan 500 min kitabdan ən yaxşıları seçilərək oxuculara təqdim ediləcək.
Gün.Az