Qoç - Gücünüzü predmetsiz mübahisələrlə boş yerə israf etməyin, onsuz da enerjiniz azdır. Hələ ki, biznes məsələlərini həll etmək üçün uğurlu vaxtdır, istifadə edin. Ünsiyyətlərinizdəki natarazlığı hələlik həll edə bilməyəcəksiz.
Buğa - Daxılı gücünüzün çoxalmasını hiss edəcəksiz. Sizə elə gələcək ki, heç bir ciddi problem qarşınızı kəsə bilməz. Əslində isə indi gücünüz yetməyən məsələlər də var, məsələn, maliyyə məsələsi.
Əkizlər - Ovqatınız o qədər də ürəkaçan deyil, səhhətinizin qayğısına qalmalısınız. Vaxtınızdan səmərəli istifadə edin. Maddi imkanlarınızı artırmaq yönündəki hər bir işinizdə uğurlar olacaq.
Xərçəng - Dostlarınızla bir məclisdə ötən günlərin xoş xatiratına dalmaq şansını qaçırmayın. Bu vaxt çalışın ki, spirtli içkilərdən imtina edəsiz. Səhhətiniz sizə əziyyət verməyəcək. Tez yatmağa çalışın.
Şir - Gücünüzün imkanlarından bacarıqla istifadə etməlisiniz. Mənasız mübahisə və münaqişələrdə sizə olan hörmətin itməsindən nə ilə sığortalanmısız? Əsas fikrinizi ailənin maddi bazasının artmasına yönəldin.
Qız - Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Özünüzü rahat və gümrah hiss edəcəksiniz. Yaxın ürək dostlarınızın gəlişi ovqatınızı yüksəldəcək. Bununla belə, maliyyə məsələlərinin həlli hələ ki, sizin üçün müşküldür.
Tərəzi - Dünyaya baxanda görürsüz ki, sən demə, ədalətsizlik daha çoxdur və bununla da barışa bilmirsiz. Siz dünyanın memarı deyilsiz. Əliniz və gücünüz çatan məsələlərin həllilə məşğul olun.
Əqrəb - Fikrinizi xırda məsələlərlə məşğul etməyin. Yaxın münasibətdə olduğunuz adamların kömək və yardımından bəhrələnməlisiz, yoxsa maddi məsələlərinizin həlli mümkün olmayacaq.
Oxatan - Səhhətinizdə yüngül problem yarana bilər.Özünüzü soyuğa verməyin. Vaxtında və keyfiyyətlə qidalanın. Heç kəsin problemlərinin həllini öhdənizə götürməyin. Biznes məsələləriniz uğurludur.
Oğlaq - Yaranmış rahat şərait sizi aldatmasın, hələ ki, problemləriniz çoxdur, xüsusilə maliyyə məsələləri heç cür düzəlmir ki, düzəlmir. İnsanlarla ünsiyyətləriniz çox rahat alınır. Səhhətinizdən şikayətiniz yoxdur.
Dolça - Maliyyə məsələlərinin həllində diqqətli olmalısınız. İmkanları fövtə verməsəniz, xeyli çox qazanc əldə edərsiz. Sizdən xoşlanmayan adamların aktivliyi müşahidə olunacaq. Səhhətinizi qoruyun.
Balıqlar - Özünüzü güclü hiss edəcəksiniz. Səhhətinizlə bağlı heç bir ciddi problem gözlənilmir. Biznes planlarınızı həyata keçirmək üçün o qədər də münasib vaxt deyil.