Rasim Balayevin 64 yaşı tamam olur. Avqustun 8-i Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Rasim Balayevin doğum günüdür.
1948-ci ildə Ağsu rayonunda anadan olmuş sənətkar ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rolları ilə tamaşaçı sevgisi qazanmaq onun üçün elə də çətin olmayıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olan sənətkar bir sıra orden və medallarla da mükafatlanıb.
Sənətkarımızı təbrik edir, uzun ömür, can sağlığı, yeni-yeni yaddaqalan rollar arzulayırıq!
Milli.Az