Sabaha olan hava proqnozu açıqlanıb
21.10.2016

Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verilir ki, oktyabrın 22-də yarımadada və paytaxtda mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 11-14 dərəcə isti, Bakıda gecə 9-11, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11, gündüz 12-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

report.az