2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının məkanı müəyyənləşib. Bu barədə Avropa Olimpiya Komitələrinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında qərar verilib.
50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin 12 - 28 iyununda Bakıda təşkil olunub.
report.az