Oktyabrın 21-də Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin və Beynəlxalq təhsil üzrə Amerika Şurasının birgə təşkilatçılığı ilə “Amerika təhsil sərgisi” keçirilib.
Tədbirin məqsədi azərbaycanlı gəncləri ABŞ-da təhsil almaq imkanları ilə bağlı məlumatlandırmaqdır.
Sərgidə ABŞ-ın 14 universitetinin nümayəndələri iştirakçılara təmsil etdikləri ali təhsil müəssisələrinin proqramları və fəaliyyəti haqqında ətraflı məlumat verib, bu ölkənin ali təhsil ocaqları ilə bağlı material və bukletlər paylayıblar.
azertag.az