Luvr muzeyinin Karusel salonunda 19-cu “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın əsərləri nümayiş olunur. Onun əsərləri Fransanın bir çox şəhərlərində və Parisin nüfuzlu rəsm qalereyalarında sərgilənib.
N.Nərimanbəyova “Adajio” diptixinə görə “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusunu qazanıb.
Rəssamın əsərləri Karusel salonunda 19-cu “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisinin ziyarətçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.
azertag.az