Rusiyanın Yekaterinburq şəhərində yayın xatirəsinə iri sərinkeş heykəli hazırlayıblar.
İyun və iyulun anomal istiləri şərəfinə Yekaterinburqun düz ortasında iri sərinkeş heykəli qoyulub.
Şəhərin dəmirçiləri onu bir ton ağırlıqda polad və betondan hazırlayıblar. Abidənin aşağısına bu yayın qeyri-adi hava şəraiti faktları qeyd olunub. Məsələn, iyulun 22 günü oraya bir damcıda yağış düşməyib, yaxud iyun və iyulun orta aylıq temperatur göstəricisi Antalya və Barselona kimi dünya kurortlarının uyğun göstəricilərini ötüb keçib.
Qeyri-adi heykəlin yanında isə yekaterinburqluların isti günlərdə özlərini necə apardıqlarını əks etdirən fotosərgi yerləşdirilib. Şəkillərdəki şəhərlilər fəvvarələrdə çimir, evlərin damında qaralırlar.
Milli.Az