Bakıda məşhur meksikalı heykəltəraş Xorxe Marinanın sərgisi keçiriləcək.
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib ki, heykəltəraş Azərbaycana 10 heykəltəraşlıq əsəri gətirəcək. Onlar Heydər Əliyev Mərkəzində nümayiş olunacaq.
Sərgi oktyabrın 28-də açılacaq və yarım il davam edəcək.
report.az