Bakıda keçiriləcək "İtaliya mətbəxi günləri"nin proqramı məlum olub.
Tədbir noyabr ayının 21-27-də bütün dünyada keçirilən İtaliya mətbəxi həftəsi çərçivəsində baş tutacaq.
Tədbirdə italyan və xarici aşpazlar İtaliyanın müxtəlif regionlarının yeməklərini azərbaycanlılara təqdim edəcək. Yeməklərin təqdimatı Bakının məşhur restoranlarında keçiriləcək.
report.az