Koreya Respublikasının paytaxtı Seulda Azərbaycan musiqisi gecəsi keçiriləcək.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinə istinadən xəbər verilir ki, konsert Azərbaycan da daxil olmaqla 5 ölkənin iştirak edəcəyi Türk Mədəniyyəti Günləri çərçivəsində noyabrın 9-da baş tutacaq.
Konsert çərçivəsində "Natiq ritm qrupu"nun, "Muğam" beynəlxalq ansamblının, Elçin Şirinovun caz qrupunun, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları olacaq.
report.az