Oktyabrın 27-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) konsert keçiriləcək.
BMA-nın mətbuat xidmətindən bildirilib ki, konsert Bakı Musiqi Akademiyası, İtaliyanın Espressione D`Arte Assosiasiyası və Luigi Cherubini Konservatoriyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində reallaşacaq.
İtaliya və Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsinə əsaslanan layihənin məqsədi tələbə və müəllimlərin mübadilə proqramı və konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafına yönəlib.
Konsertdə solistlər - Pierluigi Ruggiero (cello), Leonardo De Lisi (tenor), Daria Neçayeva (violin), Giuseppe Sturaçe (tenor) və Azərbaycanın Xalq Artisti, professor Yeganə Axundova (piano) çıxış edəcəklər.
Proqramda F.P.Tosti, B.Bartok, F.List, C.Hacıyev və Ü.Hacıbəylinin əsərləri səslənəcək.
azertag.az