Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı Beynəlxalq Gənclər Forumu keçirilir.
Forumun açılışında çıxış edən Azərbaycan gənclər və idman nazirinin
müavini İntiqam Babayev bildirib ki, tədbirdə mədəniyyətlərarası dialoq,
gənclər səviyyəsində xalqlar, millətlər arasında dözümlülük, gənclərin
mövcud konfliktlərin aradan qaldırılmasında rolu, gənclərlə iş sahəsində
əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək.
Forumda azərbaycanlı gənclər, Rusiya Federasiyasının Şimali Qafqaz
regionunu təmsil edən ictimai fəal gənclər, gənclərlə işləyən dövlət
orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.
İki gün davam edəcək forumun proqramına plenar iclaslar, seksiyalar üzrə
iş, Azərbaycanın regionları ilə tanışlıq, yaradıcı gənclərin iştirakı
ilə konsert də daxildir.