Oruc tutanlar necə idman etməli?
8.8.2012

Oruc tutanların idman etməsi üçün ən münasib vaxt iftardan 2-3 saat sonra olan vaxtdır.

Oruc tutan insanın davamlı idman etməsi orqanizmi yükləyə bilər və onlar üçün zərərli nəticələr törədə bilər.

Bu səbəbdən də idmanla iftardan bir saat əvvəl və ya 2-3 saat sonra məşğul olmaq daha düzgündür.

İftardan sonra idman etmək istəyənlər yaxşı olar ki, iftar zamanı şəkər və mayedən az istifadə etsinlər.

Ümumiyyətlə tox qarına idman orqanizmə zərər verə bilər. Buna yol verməmək üçün iftar zamanı daha az qidalanmaq, yalnız idman etdikdən sonra doyunca yemək lazımdır.

Gün boyu iki dəfə idman edənlərə tövsiyə olunur ki, Ramazan ayında idmanların həcmini azaltsınlar. Əgər bədənin enerjisi yol verməsə orucun sonuna kimi bundan çəkinsinlər.


Gün.Az