Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi əczaçılıq sənayesi məhsullarının yerli ixtiraçılarına hərtərəfli kömək etməyə hazırdır.
Bunu jurnalistlərə Dövlət Komitəsinin Aparat rəhbəri Niyazi Rəhimov deyib.
Onun sözlərinə görə, əczaçılıq sahəsində əqli mülkiyyət hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət kəsb edir.
N.Rəhimov əlavə edib ki, yerli ixtiraçılar üçün treninqlərin keçirilməsi üzrə pilot proqram həyata keçirilir: "Bu onlara həmin sahədə olan mexanizmlərdən istifadə etməyə imkan verir".
trend