Avtobuslar qış rejiminə keçir
25.10.2016

Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma ilə məşğul olan şirkətlərə qış rejiminə keçidlə bağlı məktub göndərəcək.

Bunu Agentliyin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

M.Ağayev bildirib ki, ümumiyyətlə, hər gün avtobuslar xəttə çıxmazdan əvvəl qarajda texniki baxışdan keçməlidir:

“Bu baxış istənilən hava şəraitində olmalıdır. Amma xüsusi olaraq qış rejimi ilə bağlı bütün daşıyıcılara məktub göndəriləcək ki, sərnişindaşımada müntəzəm istifadə etdikləri avtobusları texniki baxımdan qış rejiminə uyğunlaşdırsınlar. Bura təkərlərin dəyişdirilməsi, antifrizn yenilənməsi, avtobusların salonunda isitmə sisteminin sazlığını yoxlamaq və digər zəruri addımlar daxildir”.

trend