Tacikistanda Azərbaycan mədəniyyəti günləri keçirilə bilər
26.10.2016

2017-2018-ci illərdə Tacikistanda Azərbaycan mədəniyyəti günləri, eləcə də Azərbaycanda Tacikistan mədəniyyəti günləri keçirilə bilər.

Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov müsahibəsində bildirib ki, hazırda bu məsələ üzərində iş aparılır:

"Bu, heç şübhəsiz ki, iki ölkənin qarşılıqlı mədəni əlaqələrinin möhkəmlənməsinə kömək edəcək".

Səfir ötən illərdə Düşənbədə Azərbaycan mədəniyyəti günləri və Azərbaycan kinosu həftəsi, eləcə də Bakı və Gəncədə Tacikistan mədəniyyəti günləri və Bakıda Tacikistan kinosu həftəsinin keçirildiyini xatırladıb.

trend