Rəqəmli yayım üçün dekoderləri poçt şöbələrindən də əldə etmək mümkün olacaq
26.10.2016

Əhali rəqəmli televiziya yayımı üçün nəzərdə tutulan dekoderləri “Azərpoçt”un şöbələrindən də əldə edə biləcəklər. Bu barədə İnformasiya və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Mənbə bildirib ki, burada əsas məqsəd rəqəmli yayıma keçiddən sonra əhalinin rəqəmli yayıma baxmaq imkanını təmin etməkdir.

Qeyd edək ki, noyabrın 1-dən Bakı və Abşeronda, dekabrın 1-dən isə respublika üzrə analoq yayımın dayandırılması və tam olaraq rəqəmli yayıma keçid planlaşdırılır.

trend