Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı rəyasət heyətinin qərarı ilə “İlin vətənpərvər xanımı” fəxri mükafatına layiq görülmüşdür.
Muzeydən AzərTAc-a bildirmişlər ki, həmin mükafat alimə Hüseyn Cavid irsinin öyrənilməsində, tədqiqində və nəşrində əvəzsiz xidmətlərinə, vətəndaşlıq mövqeyinə və əməli uğurlarına görə verilmişdir.
AzərTAc