Miqren ilə mübarizədə ən təsirli və təbii metodlar
26.10.2016

Statistikaya görə, insanların 60-70 faizi baş ağrılarından əziyyət çəkir. Baş ağrıları insanların əhval-ruhiyyəsi, hiss və emosiyaları, problemləri, fikirləri, rejimsiz qidalanmaları və digər faktorlarla bağlıdır.
Sizə baş ağrısını təbii yollarla aradan qaldıran məsləhətləri təqdim edirik.
Masaj
Rahatlanın və dairəvi hərəkətlərlə alnınızı masaj edin.
Sarımsaq
Sarımsaq suyunu 1 xörək qaşığı bal ilə qarışdırıb için. Bu, beyni və duyğularınızı yenidən canlandırıb ağrını azaldacaq.
Kartof
Gicgahlara 2 kartof dilimi qoyaraq 30 dəqiqə gözləyin.
Badam
Gündə 100 qram badam yemək dəhşətli baş ağrılarını azaldır. Buna səbəb isə badamın endorfin (həzz hormonları) istehsalına təkan verməsidir.
Kofein
Kofein damarları açan güclü vasitədir. Şəkərsiz bir stəkan tünd qəhvə miqreni rahatlaşdırır.
İsti və soyuq kompreslər
Qaranlıq səssiz bir otaqda dincəlin. Bir yerə uzanın və 15 dəqiqə ərzində alnınıza buz kompresi tətbiq edin. Yaxud da 10 dəqiqə ərzində başınızın ön hissəsinə isti və soyuq kompreslər qoyun. Bu, baş əzələləriniz zəifləməsinə və qan dövranınız artmasına yardımçı olur.
Banan qabığı
Qabığın üzərinə bir az spirt səpəndən sonra 30 dəqiqə alınıza sürtün. Banan qabığının toksinləri əmərək baş ağrısını təbii yollarla azaltdığı deyilir.
Çobanyastığı çayı
Rahatlatıcı təsiri ilə tanınan çobanyastığı əsrlərdir ki, şiddətli baş ağrısı və miqrenlə mübarizə aparmaq üçün istifadə edilir.
Nanə çayı
Nanə çayı ağırını azaldan, rahatlaşdırıcı təsir göstərən ən güclü sakitləşdiricidir.

saglamolun.az