Yaponlar yenidən zəkaları ilə fərqlənməyi bacarıblar. Gündoğar ölkənin sakinləri dünyanın ən kiçik mobil telefonunu təqdim ediblər. Bu ölkənin “Willcom” şirkəti “WX03A” mobil telefonunu hazırlayıb. Telefon 70x32x10,5 ölçüsündədir, çəkisi isə cəmi 33 qramdır.
İstehsalçıların dediklərinə görə, balaca WX03A danışıq rejmində 2 saat, gözləmə rejmində isə 12 gün işləmək qabiliyyətinə malikdir. Telefonla zəng etməklə yanaşı, elektron poçt funksiyasını da icra edə bilir.
WX03A ancaq PHS (Personal Handy-phone System) sistemi çərçivəsində işləyir. Bu isə əsasən Asiyada geniş yayılan sistemdir.