Günün qoroskopu
9.8.2012

Qoç - Siz, ətrafdakı insanları çox yaxşı başa düşürsünüz və onlarla rahatlıqla ümumi dil tapa bilirsiniz. Bu gün işgüzar və şəxsi ünsiyyətlər və ciddi problemlərin həlli üçün müvafiq gündür. Bu yaxınlara qədər mümkünsüz görünən məsələlərdə kompromis imkanları olacaq. Bu gün işgüzar və əyləncə səfərləri üçün müvafiqdir.

Gözlənilməz pul gəlirləri də ola bilər. Təşkilatçılıq imkanlarınızı nümayiş etdirmək və bundan pul qazanmaq üçün şərait yaranacaq. Yaradıcılıq imkanları bu gün genişdir, lakin fantaziyalar bəzən sizi çox uzaqlara apara bilər.

Buğa - İşgüzar münasibətlər – bu gün məhz həmin sfera üçün pozitiv tendensiyalar vəd edir. Buna görə də məhz bu gün üçün işgüzar görüşlər və kütləvi çıxışlar təyin etmək olar. Kübar tədbirdə iştirak da işgüzar münasibətlər üçün yaxşı vədlər verir.

Şəxsi məsələlərdə isə işlər bir qədər pis olacaq, yaxınlarınızla ümumi dil tapmaqda çətinlik çəkəcəksiniz.

Səfərlər çətinliklər və kiçik, lakin çoxsaylı xoşagəlməz hadisələrlə müşaiyət olunacaq. Cərimə olunacağınız və sənədlərin qeydiyyatı ilə bağlı problemlər mümkündür.

Əkizlər - Qətiyyətlilik və qərarlılıq xüsusiyyətləri rəqiblərinizdən üstün olmağa, pis niyyətli insanların qarşısını almağa sizə kömək edəcək. Əgər sizin güclü düşmənləriniz varsa, nəzərə alın ki, bu gün açıq qarşıdurma üçün ən müvafiq gündür.

Bu gün siz nəinki yeni tərəfdaşlar, həm də yaxşı dostlar tapa bilərsiniz. Xoş davamı olan romantik tanışlıqlar da mümkündür. Sərfəli sövdələşmələr və pul gəlirləri də ola bilər.

Xərçəng - Bu günün emosional fonu gərginliyi ilə seçilir. Sizin əhvalınız stabil deyil və əsəbləşməyinizdən və qıcıqlanmağınızdan yaxın adamlarınız və ya rəhbərliyiniz altında işləyən adamlar əziyyət çəkə bilərlər. Yaxından tanımadığınız qadınların problemlərini həll etmək məcburiyyətində qala bilərsiniz. Bu, sizi yoracaq, lakin yardımdan imtina etmək mümkün olmayacaq.

Olduqca səliqəli olun və cüzi bir nizamsızlığa yol verməyin. Sizə doğma olan əşyalardan birinin itmə ehtimalı var. Gecə geyimlərindən imtina etmək tövsiyə olunur. Nəzərə alın ki, bu gün detallara yüksək diqqət vacib şərtlərdəndir.

Şir - Olduqca məhsuldar və iş üçün yararlı bir gündür. Çətin məsələlərin həllinə diqqəti cəlb edin – həmin məsələləri həll etmək bu gün başqa günlərə nisbətən asan olacaq. Xüsusi ixtiraçılıq etmək lazım deyil, köhnə və sınaqdan keçmiş metodlar uğurun açarıdır. Ətrafdakılara təsirinizi gücləndirməyə çalışın. Bunu işgüzar və şəxsi məqsədləriniz üçün istifadə edə bilərsiniz.

Ailə işləri ilə məşğul ola və ailə qayğılarını üzərinizə götürə bilərsiniz. Əsas olanları ikinci dərəcəlilərdən ayıra biləcəksiniz. Yaxınlardan kimsə qarışqanı filə çevirməyə cəhd edəndə müdaxilə edəcək və prosesin qarşısını alacaqsınız.

Qız - Ətrafda baş verənlərə kəskin reaksiya verirsiniz; kiçik bir qığılcım münaqişə ocağının yaranmasına səbəb ola bilər. Bu bürcün bir çox nümayəndələri depressiyalara meylli olacaqlar. Rəhbərlər işçilərlə, işçilər də rəhbərlərlə dil tapa bilməyəcəklər.

Günün ikinci yarısı rahatlıq gətirəcək, əhvalınız yaxşılaşacaq. Yaxınlarınız sizi sevindirmək və əhvalınızı yüksəltməyin üsulunu tapacaqlar. Hədiyyələr və xoş sürprizlər də mümkündür. Konsertləri və ya kübar məclislərini ziyarət etmək də mümkündür.

Tərəzi - Gün pis deyil, lakin siz bu günü korlamaq gücündəsiniz. Problemlər böyük və həlli mümkün olmayan kimi görünür, uğurlar isə o qədər dəyərsiz görünür ki, heç kim buna əhəmiyyət vermək istəmir. Sizi ruhlandırmaq və tərifləmək istəyən şəxslər qıcıq yaratmaqdan başqa bir şey etmirlər. Sizə xoş söz deyən hər bir şəxsi qeyri-səmimilikdə ittiham etməyə hazırsınız.

Yaxın adamlarınızla münaqişələrin yaranması mümkündür. Qəbul edəcəksiniz ki, bu münaqişələr məhz sizin günahınız ucbatından yaranır. Sizdən yaşca böyük qohumlarınızla dil tapmaq, xüsusilə çətin olacaq.

Əqrəb - O qədər inadkar və məqsədyönlüsünüz ki, heç bir problem sizin gücünüz qarşısında tab gətirə bilmir. Kiçik problemlər sanki özü həll olunur, böyüklərin həlli üçün isə bir qədər düşünürsünüz. Nüfuzlu şəxslər sizi dəstəkləməyə və biznes layihələrinizə sərmayə qoymağa hazırdırlar.

Günün uğurlu keçməsinə baxmayaraq, bir qədər təvazökar olun. Ətrafdakılara yuxarıdan aşağı baxmaq tövsiyə olunmur. Bu gün ekstremal idman növləri və ya ağır fiziki iş üçün münasib deyil.

Oxatan - Aşa bilməyəcəyiniz sədd yoxdur və siz bunu özünüzə tez-tez deyirsiniz. Bütün gün sizin istədiyiniz kimi gedir. İradəniz sizin əvəzolunmaz köməkçinizə çevrilir, inadkarlığınız bütün qapıları açmağa yardım edir.

Bu gün işgüzar və şəxsi əlaqələr üçün yaxşıdır. Əgər kimdəsə xoş təssürat yaratmaq istəyirsinizsə, həmin adamla məhz bu gün görüşün.

Hətta ən ağır işlər belə sizi yormayacaq, çünki həyat potensialınız kifayət qədər yüksəkdir. Kübar məclislərində keçən axşam yaxşı təəssüratlarla yadda qalacaq.

Oğlaq - Nəsə barədə götür-qoy etmək istəyirsinizsə, bundan yaxşı gün tapa bilməzsiniz. Bu gün sizi tək mükəmməl deyil, həm də reallaşması mümkün olan fikirlər ziyarət edir. Həyat təcrübəsinə və müdrikliyinə etibar etdiyiniz adamlar sizə məsləhətlər verir. Böyük alış-verişlər etmək olar. Məişət əşyaları vermək, xüsusilə uğurlu olacaq.

Səfərlər zamanı yeni adamlarla tanış ola bilərsiniz. Bugünkü tanışlıqlarınız kifayət qədər dinamik inkişaf edəcək. Günün ikinci yarısında xoş olmayan xəbərlər eşidə bilərsiniz ki, həmin xəbərlər planlarınıza dəyişiklik etməyə səbəb ola bilər.

Dolça - Tək hərəkət etsəniz, başgicəlləndirici uğurlara imza ata bilməyəcəksiniz. Xoşbəxtlikdən yanınızda kömək əlini uzatmağa hazır olan insanlar var. Onların yardımına güvənmək olar. Dəstək hiss etdikcə siz daha da ürəkli olursunuz, qarşınıza daha böyük məqsədlər qoyursunuz. Gün daha da maraqlı olmağa başlayır.

Bu günü tam olaraq əlverişli hesab etmək olmaz. Sizin məsuliyyətsizliyiniz yaxınlarınızı məyus edə bilər. Sizdən narahat olan adamlar sizi məzəmmət edə bilərlər.

Balıqlar - Yaranmış problemlərə sakit və ölçülü-biçili yanaşmanız uğur qazanmaq şansınızı artırır. Günü yüngül saymaq olmaz, lakin kifayət qədər məhsuldar olacaq. Burada hər şey sizdən asılıdır. İntellektual əməyə diqqət yetirməniz tövsiyə olunur. Fiziki işlərdən qaçmağa çalışın. Bu, sizin üçün təhlükəli ola bilər.

Yaxınlarınız məsləhət üçün sizə müraciət edəcəklər. Onlar səmimi şəkildə inanırlar ki, siz sualların cavabını bilirsiniz. Lakin nəzərə alın ki, bəzən sizin məsləhətlərinizə eynən əməl edirlər ki, bu da vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər.

Milli.Az