Tibb sahəsi ilə bağlı qanunlara dəyişiklik edilir
26.10.2016

Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsinin iclasında “İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqında” və “Dərman vasitələri haqqında” qanunlarına dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“İnsan orqan (və ya) toxumalarının transplantasiyası haqında” qanunun 16-cı maddəsinə dəyişiklik təklif edilir.
Əvvəllər transplantasiyaya aid reklama qanunvericilikdə müyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilirdisə, təklif olunan dəyişikliyə əsasən, reklamın tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayılmanmasına icazə veriləcək. “Dərman vasitələri haqqında” qanununa isə 16-1 maddəsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, proflaktika, diaqnostika və reabilitiasiya metodları reklam oluna bilər. Layihəyə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, proflaktika, diaqnostika və reabilitiasiya metodlarının reklamvericisi reklam istehlakçısına və reklam yayıcısına, onların tələbi əsasənda müvafiq icra hakimiyyəti orqanının akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin,dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, məlumat tədqiqatlarının nəticələrini təsdiq edən sənədin surətlərini təqdim edir.
Bundan başqa, dərman vasitələrinin pulsuz paylanılması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayət olunan reklam aksiyalarının keçirilməsinin qadağan edilməsi təklif edilib.
Hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

report.az