Gənc Tamaşaçılar Teatrında oktyabrın son günlərində 8 tamaşa göstəriləcək
27.10.2016

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı izləyicilərini oktyabr ayının son üç günü maraqlı tamaşalarla sevindirmək niyyətindədir.

Teatrdan bildirilib ki, üç gün ərzində teatrda həm azyaşlı izləyici və məktəblilər, həm də gənclər və yaşlı nəslin nümayəndələri üçün 8 tamaşa göstəriləcək. Həftənin və ayın son günləri göstəriləcək tamaşalardan 4-ü uşaq, 4-ü isə böyüklər üçün nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, oktyabrın 30-da nümayiş etdiriləcək “Uzuncorab Peppi” tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrı, “Azercell Telekom” və İsveç səfirliyinin birgə layihəsi çərçivəsində hazırlanıb. Hazırlıqlarına ötən teatr mövsümünün sonlarından başlanan beynəlxalq layihəyə Gənc Tamaşaçılar Teatrının bədii heyəti ilə yanaşı, İsveç və danimarkalı teatr mütəxəssisləri də cəlb olunub.

azertag.az