Oktyabrın 26-da “Landmark Rotunda” caz klubunda Norveçin məşhur caz ifaçısı, pianoçu Tord Gustavsen cazsevərlər üçün ustad dərsi keçib.
Norveçli pianoçunun ustad dərsi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşıb.
Gənc cazsevərlərin iştirak etdiyi tədbirdə pianoçu caz musiqi sənətinin incəlikləri, o cümlədən pop və klassik musiqi janrları ilə bağlı maraq doğuran sualları cavablandırıb.
Ustad dərslərində hit caz musiqi nömrələri ilə yanaşı, dünya caz əsərlərinə, müxtəlif mövzulara həsr olunmuş kompozisiyalara müraciət olunub.
azertag.az