Avropa Komissiyasının TAIEX layihəsi çərçivəsində Estoniyanın Təhsil və Tədqiqatlar Nazirliyi ilə əməkdaşlıq əsasında təşkil olunan təlim səfəri zamanı Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisləri Estoniyanın peşə təhsili sistemi, habelə Təhsil və Tədqiqatlar Nazirliyinin, Attestasiya İdarəsinin, Ali və Peşə Təhsilinin Keyfiyyətinin Təmin Edilməsi Agentliyinin və “İnnove” Fondunun fəaliyyəti ilə tanış olurlar.
Azərbaycanın Estoniyadakı səfirliyinin məlumatına görə, iştirakçılar peşə hazırlığı standartlarının inkişaf etdirilməsi və bu standartların təhsil proqramlarında istifadə olunması ilə bağlı ətraflı məlumatların alınması üçün ixtisas şuralarına, universitetlərə, peşə təhsili müəssisələrinə baş çəkəcəklər.
azertag.az