“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının növbəti nömrəsi çapdan çıxıb
27.10.2016

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının üçüncü nömrəsi çapdan çıxıb.

ATMU-dan bildiriblər ki, jurnalda yer alan məqalələrdə ölkəmizdə turizm sahəsinin inkişafında beynəlxalq əməkdaşlığın rolu, turizm infrastrukturunun müasir vəziyyəti, o cümlədən iqtisadi baxımdan dəyərləndirilməsi kimi məsələlər təhlil olunub.

azertag.az