Dünya şöhrətli fransız aktyor Jerar Depardye Bakıya gələcək.
GoMap.Az “tele-2-semaines.fr” saytına istinadən xəbər verir ki, aktyor gələn ay paytaxta səfər edəcək.
Onun Bakıya gəlişi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ərsəyə gələcək “Aleksandr Düma” adlı sənədli filminin çəkilişi ilə bağlıdır.
Qeyd edək ki, Jerar Depardye adı çəkilən sənədli filmdə fransız yazıçısı Aleksandr Dümanın (ata) obrazını canlandıracaq.
Film yazıçının Qafqaza səyahəti, həmçinin görkəmli şairə, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanla görüşündən bəhs edəcək.
Gün.Az