Rusiyanın RBK portalı Avropanın ən gözəl paytaxtlarının siyahısını dərc edib.
Reytinq 35 786 nəfər respondentin iştirak etdiyi sorğu nəticəsində hazırlanıb.
Siyahıda birinci yerdə Çexiyanın paytaxtı Praqa şəhəri qərarlaşıb. Belə ki, respondentlərin 14,75%-i məhz bu şəhərin gözəl olduğunu bildirib. Reytinqin ikinci yerində Fransa paytaxtı Paris (12,75%), üçüncü yerdə isə İtaliya paytaxtı Roma (11,23%) şəhəri qərarlaşıb.
Siyahının ilk beşliyini Vyana (Avstriya, 10,65%) və London (Böyük Brtaniya, 7,34%) tamamlayır.
MDB ölkələri şəhərlərindən reytinqdə Moskva (Rusiya) və Kiyev (Ukrayna) yer alıb. Moskva siyahıda 6-cı yerdə (5,84%), Kiyev isə 9-cu yerdə (4,01%) qərarlaşıb. Ümumiyyətlə, siyahıda 22 şəhərin adı mövcuddur.
Avropanın ən gözəl şəhərləri
№ | Paytaxt | Respondentlərin sayı | % |
1. | Praqa | 5 278 | 14,75 |
2. | Paris | 4 561 | 12,75 |
3. | Roma | 4 017 | 11,23 |
4. | Vyana | 3 812 | 10,65 |
5. | London | 2 628 | 7,34 |
6. | Moskva | 2 091 | 5,84 |
7. | Amsterdam | 1 848 | 5,16 |
8. | Budapeşt | 1 581 | 4,42 |
9. | Kiyev | 1 434 | 4,01 |
10. | Stokholm | 1 298 | 3,63 |
11. | Madrid | 1 150 | 3,21 |
12. | Tallin | 899 | 2,51 |
13. | Riqa | 802 | 2,24 |
14. | Berlin | 708 | 1,98 |
15. | Brüssel | 693 | 1,94 |
16. | Kopenhagen | 631 | 1,76 |
17. | Lissabon | 566 | 1,58 |
18. | Afina | 540 | 1,51 |
19. | Helsinki | 387 | 1,08 |
20. | Varşava | 332 | 0,93 |
21. | Vilnüs | 314 | 0,88 |
22. | Oslo | 216 | 0,60 |
| Cəmi | 35 786 | 100,00 |