Avropanın ən gözəl şəhərləri müəyyənləşib - REYTİNQ
9.8.2012

Rusiyanın RBK portalı Avropanın ən gözəl paytaxtlarının siyahısını dərc edib.

Reytinq 35 786 nəfər respondentin iştirak etdiyi sorğu nəticəsində hazırlanıb.

Siyahıda birinci yerdə Çexiyanın paytaxtı Praqa şəhəri qərarlaşıb. Belə ki, respondentlərin 14,75%-i məhz bu şəhərin gözəl olduğunu bildirib. Reytinqin ikinci yerində Fransa paytaxtı Paris (12,75%), üçüncü yerdə isə İtaliya paytaxtı Roma (11,23%) şəhəri qərarlaşıb.

Siyahının ilk beşliyini Vyana (Avstriya, 10,65%) və London (Böyük Brtaniya, 7,34%) tamamlayır.

MDB ölkələri şəhərlərindən reytinqdə Moskva (Rusiya) və Kiyev (Ukrayna) yer alıb. Moskva siyahıda 6-cı yerdə (5,84%), Kiyev isə 9-cu yerdə (4,01%) qərarlaşıb. Ümumiyyətlə, siyahıda 22 şəhərin adı mövcuddur.

Avropanın ən gözəl şəhərləri


 

 

Paytaxt

 

Respondentlərin sayı

 

%

1.

Praqa

5 278

14,75

2.

Paris

4 561

12,75

3.

Roma

4 017

11,23

4.

Vyana

3 812

10,65

5.

London

2 628

7,34

6.

Moskva

2 091

5,84

7.

Amsterdam

1 848

5,16

8.

Budapeşt

1 581

4,42

9.

Kiyev

1 434

4,01

10.

Stokholm

1 298

3,63

11.

Madrid

1 150

3,21

12.

Tallin

899

2,51

13.

Riqa

802

2,24

14.

Berlin

708

1,98

15.

Brüssel

693

1,94

16.

Kopenhagen

631

1,76

17.

Lissabon

566

1,58

18.

Afina

540

1,51

19.

Helsinki

387

1,08

20.

Varşava

332

0,93

21.

Vilnüs

314

0,88

22.

Oslo

216

0,60

 

Cəmi

35 786

100,00