Xəzərdə 3 bal gücündə zəlzələ baş verib
9.8.2012

Xəzər dənizində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verilən məlumata görə, zəlzələ bu gün yerli vaxtla saat 04-22-də qeydə alınıb.

Lənkəran şəhərindən 118 km şimali-şərqdə Xəzər dənizində qeydə alınmış yeraltı təkanların gücü episentrdə 3 bal olub. Zəlzələ hiss edilməyib.

APA