Oktyabrın 27-28-də Bişkekdə MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının XI Forumu keçirilir. MDB-nin Minskdəki qərargahına və BELTA-ya istinadla xəbər verilir ki, Birliyin bütün ölkələrindən nümayəndələr Forumda iştirak etmək üçün Qırğızıstanın paytaxtına dəvət edilib.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ictimai xadimlər, gənclər təşkilatlarının liderləri, elm, mədəniyyət, təhsil nümayəndələri, Birlik ölkələrin, o cümlədən Azərbaycanın əlaqədar nazirlik və idarələrinin rəhbərləri iştirak edirlər.
Oktyabrın 27-də forum çərçivəsində “Debütlərin birliyi” beynəlxalq mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilib.
Bu il yeddi nəfər, o cümlədən Azərbaycan skripkaçısı Elvin Qəniyev mükafatın laureatları olublar.
Təşkilatçılar bildirirlər ki, 2008-ci ildə təsis edilən bu mükafat hər il humanitar sahənin inkişafına töhfəsinə görə gənc mütəxəssislərə verilir.
azertag.az